Gəncədə yaşayış binasında yanğın baş verdi, 2 nəfər dünyasını dəyişdi


İyunun 12-də Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı ağır xəsarət alan iki nəfər vəfat edib.

Həkimlərin səyinə baxmayaraq, 1962-ci il təvəllüdlü Rzayev Ruzigar, 1981-ci il təvəllüdlü Cabbarov Mirmehdi Bakıda xəstəxanada vəfat ediblər.

Qeyd edək ki, Gəncədə baş vermiş yanğında mənzilin yanar konstruksiyaları və ümumi sahəsi 70 m2 olan ikiotaqlı qonşu mənzilin yanar konstruksiyaları 60 m2 sahədə yanıb. Partlayışın zərbəsindən hər iki mənzilin divarları (arakəsmə divarlar) dağılıb, qapı və pəncərə çərçivəsi yerindən çıxıb. Digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə nəticəsində 3 nəfər xəsarət alıb, 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

(APA)

DİGƏR XƏBƏRLƏR

Top