![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2021/6/13/1/cfd3795e-c67c-48ed-bc10-f188534d895c/pasinyan-gulunc.jpg)
Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyan Rusiya xarici işlər naziri Sergey Lavrovu əvvəlcə Rusiya prezidenti, daha sonra isə baş naziri adlandırıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Paşinyan bu səhvi seçkiqabağı mitinqdə çıxış edərkən buraxıb. O, “Rusiya prezidenti...baş naziri Sergey Lavrov Yerevana gələndə və bundan bir gün əvvəl ATƏT-in Minsk Qrupu həmsədrləri minalanmış ərazilər haqqında məlumat üçün çağırış edəndə...” – deyə çıxış edib.
Paşinyanın yanında dayanan nazir Suren Papikyan və baş nazirin həyat yoldaşı Anna Akopyan həmin səhvi eşidəndə gülüblər.
Həmin görüntüləri təqdim edirik: