Yol polisində kadr dəyişikliyi olub


Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov yol polisində kadr dəyişikliyi edib.
Nazirin əmri ilə Ağsu Regional İmtahan-Qeydiyyat və Texniki baxış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Kamran Məmmədov tutduğu vəzifədən azad edilib.
Nazirin digər əmri ilə o, 5 saylı Lənkəran Regional İmtahan-Qeydiyyat və Texniki baxış şöbəsinə rəis təyin olunub.(report)

DİGƏR XƏBƏRLƏR

Top