Sumqayıt İH-dən bulvardakı üfunətlə bağlı AÇIQLAMA


Xəzər dənizinin Sumqayıt sahilində xüsusilə bulvar ərazisində çirkab suların dənizə axıdılması qeyri-mümkündür.
Yeniavaz.com
xəbər verir ki, bu barədə oxu.az-a Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev məlumat verib.

Sumqayıt sakinlərinin iddialarını cavablandıran qurum rəsmisinin sözlərinə görə, Sumqayıtda mərkəzləşmiş kanalizasiya sistemi qurulub: “Şəhərdə mərkəzləşmiş kanalizasiya sistemi mövcud olduğundan bulvar ərazisindən dənizə kanalizasiya suyunun axıdılmasına dair iddialar həqiqəti əks etdirmir. Bütün kanalizasiya xətləri mərkəzləşdirilmiş sistemə qoşulur. Bəzi ərazilərdə yağış və qrunt sularının axıdılması üçün borular mövcud ola bilər. Ancaq bu borulardan çirkab suların axıdılması mümkün deyil. Çünki bu məsələ şəhər ərazisində xüsusi diqqət mərkəzində saxlanılır”.
Qeyd edək ki, vətəndaşlar Sumqayıt bulvarında üfunət qoxusundan istirahət edə bilmədiklərini bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top