Uels - İsveçrə matçında bərabərlik qeydə alındı


Bakı Olimpiya Stadionunda keçirilən Avropa çempionatının A qrupunun Uels - İsveçrə oyunu başa çatıb.
Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
Qolları oyunun 49-cu dəqiqəsində İsveçrə yığmasından Bril Embolo, Uels yığmasından isə Kiffer Mur vurub.

18:40***
Bakı Olimpiya Stadionunda keçirilən Avropa çempionatının A qrupunun Uels - İsveçrə oyununda ikinci qol vurulub.
Oyunun 74-cü dəqiqəsində Uels yığmasının futbolçusu Kiffer Mur topu rəqib qapısından keçirib.

Uels - İsveçrə 1:1



18:12***
Bakı Olimpiya Stadionunda keçirilən Avropa çempionatının A qrupunun Uels - İsveçrə oyununda ilk qol vurulub.
Belə ki, oyunun 49-cu dəqiqəsində İsveçrə yığmasının oyunçusu Bril Embolo fərqlənib.

17:50***
Bakı Olimpiya Stadionunda keçirilən Avropa çempionatının A qrupunun Uels - İsveçrə oyununda ilk hissə başa çatıb.
Oyunda qapılara qol vurulmayıb və komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.


17:05***
AVRO-2020-nin Bakıdakı ilk oyununa start verilib.
Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmada Uels yığması ilə İsveçrə yığması üz-üzə gəlir.


***16:11
Uels və İsveçrə yığmaları arasında Bakıda keçiriləcək AVRO-2020-nin A qrupunun I tur matçı üçün start heyətləri açıqlanıb.
Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

Uels: 12. Denni Uord, 4. Ben Devis, 6. Co Rodon, 7. Co Allen, 10. Aaron Remsi, 11. Qaret Byel (K), 13. Kiffer Mur, 14. Konnor Roberts, 16. Co Morrell, 20. Daniel Ceyms, 22. Kris Mefam

Ehtiyat oyunçular: Ueyn Hennessi, Adam Deyvis, Ceyms Laurens, Kris Qanter, Ben Kabango, Riys Norrinqton-Deyvis, Neko Uilyams, Conatan Uilyams, Rubin Koluill, Etan Ampadu, Mettyu Smit, Dilan Lüitt, Devid Bruks, Harri Uilson

Baş məşqçi: Robert Peyc

İsveçrə: 1. Yan Zommer, 2. Kevin Mbabu, 4. Niko Elvedi, 5. Manuel Akanci, 7. Bril Embolo, 8. Remo Froyler, 9. Haris Seferoviç, 10. Qranik Caka (K), 13. Rikardo Rodriges, 22. Fabian Şer, 23. Cerdan Şakiri

Ehtiyat oyunçular: Yonas Omlin, İvon Mvoqo, Loris Benito, Eray Cömert, Jordan Lotomba, Beçir Omeragiç, Silvan Vidmer, Kristian Fassnaxt, Edimilson Fernandeş, Cerdan Şakiri, Cibril Sou, Denis Zakariya, Stiven Tsuber, Ruben Varqas, Mario Qavranoviç, Admir Mehmedi

Baş məşqçi: Vladimir Petkoviç

Qeyd edək ki, Bakı Olimpiya Stadionundakı qarşılaşma saat 17:00-da başlayacaq.

DİGƏR XƏBƏRLƏR

Top