Yeni "smalik"lər gəlir lobya, rentgen və barmaqla göstərilən ürək… FOTO


Ehtimal olunur ki, bu il lobya, hamilə kişi, rentgen və barmaqla göstərilən ürək işarəsi də daxil olmaqla ümumilikdə 107 yeni “smalik” istifadəyə buraxılacaq.
Yeniavaz.com məşhur “statista” portalına istinadən bildirir ki, ilin sonuna kimi istifadədə olan “smalik”lərin sayının 3 min 460-a çatacağı gözlənilir. “Smalik”lərin elektron dövriyyəyə buraxılması ilə məşğul olan “Unicode” təşkilatı ötən il 334 yeni “smalik” buraxıb.
Məlumat üçün bildirək ki, “smalik”lər elektron mesajlarda, rəqəmsal rabitə və veb saytlarda istifadə olunan ideoqramların və ifadələrin dilidir . Hərflərin və sözlər yerinə şəkil birləşmələrindən istifadə edən bu qrafik dil ilk dəfə Yaponiyada yaranıb.
İlk “smalik”lər 1995-ci ildə dövriyyəyyəyə buraxılıb. Həmin il dövriyyəyə 76 “smalik” buraxılıb. Müasir “smalik”lərin sələfi sayılan “smalik”lər isə ilk dəfə 1999-cu ildə Yaponiyada istifadə olunub.

DİGƏR XƏBƏRLƏR

Top