Rusiyanın İrana verəcəyi casus peyk sistemi ABŞ-ın narahatlığına səbəb oldu


Rusiyanın 2021-ci ilin sonuna kimi yüksək müşahidəetmə qabiliyyətinə malik “Kanopus-V” casus peykini İrana təhvil verməsi ABŞ kimi İsrail və digər bölgə ölkələrinin də narahatlığına səbəb olub.
Yeniavaz.com
“Washington Post”a istinadən xəbər verir ki, Rusiyanın İrana verəcəyi casus peyk Tehran rəhbərliyinə bütün Orta Şərq bölgəsini ildə 365 gün 24 saat nəzarət altında saxlamağa imkan verəcək. Bu peykə sahib olan İran İsrail, İraq və bölgədəki bütün ölkələrdə hərbi təşkilatlanma haqqında məlumat toplaya biləcək.
Peyk eyni zamanda strateji baxımdan əhəmiyyətli olan Körfəz bölgəsindəki boru xəttləri və limanlardakı tankerləri də yaxından izləyə biləcək.
Qeyd edək ki, peyk Rusiyanın 2014-cü ildə İranla imzaladığı sazişə əsasən il sonuna kimi İrana təqdim olunacaq. Peykin çəkisi 450 kiloqramdır. Peyk 510 kilometr hündürlükdə orbitdən yerin səthində 2 metr ölçülü cisimləri belə izləyə bilər. Sözügedən peykin gələn ay "Roskosmos" tərəfindən Baykanur kosmodromundan səmaya buraxılacağı təxmin edilir.

DİGƏR XƏBƏRLƏR

Top