Çinli alimlər yarasalarda 24 yeni koronavirus genomu aşkarlayıb


Çinli elm adamları yarasalar üzərində tədqiqat aparıblar.
Yeniavaz.com “CNN İnternational”a istinadən xəbər verir ki, 2019-2020-ci illər arasında həyata keçirilən tədqiqat zamanı yarasalarda 24 yeni koronavirus genomu aşkarlanıb. Aşkarlanan viruslardan birinin gündəmdə olan SARS-CoV-2 yəni, koronavirusa bənzədiyi qeyd edilib.
Araşdırma Çinin Şandonq universitetinin mütəxəssisləri tərəfindən həyata keçirilib.
Qeyd edək ki, 2019-cu ildən milyonlarla insanın ölümünə səbəb olmuş koronavirusun mənbəyi hələ də araşdırılmaqdadır.

DİGƏR XƏBƏRLƏR

Top