Mingəçevirdə qanunsuz sahibkarlıq fəaliyəti ilə məşğul olanlara qarşı reyd keçirib – FOTO


Mingəçevirdə Bələdiyyə qanunsuz sahibkarlıq fəaliyəti ilə məşğul olanlara qarşı reyd keçirib.

Reydin keçirilməsində əsas məqsəd Mingəçevirdəki sahil parkında qeyri-qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olan, müqaviləsiz idman qurğuları, iaşə obyektləri və s. işlədən şəxslərə qanunsuz fəaliyyətərinin yığışdırılması  üçün xəbərdarlıq edilib. Reyddə bəllədiyyə ilə birgə polis, işıqlanma idarəsi, Yaşılaşdırma və Sanitar Təmizlik idarəsi və.s. qurumların əməkdaşları iştirak edib. Əhalinin ən çox istirahət etdiyi sahil parkı qanunsuz olaraq bir neçə sahibkarlar tərəfindən zəbt edilib. Parkda piyadaların hərəkət etdiyi yerlərdə qanunsuz quraşdırılan idman qurğularının, kiçik iaşə obyektlərinin əlindən hərəkət etmək məhdudlaşıb. Sakinlərin haqlı narazııqlarından biri də mənşəyi bilinməyən satılan qazlı şirin sulardır. Bütün bunlara qarşı keçirilən reyddə obyekt sahiblərinə xəbərdarlıq edilib. Bundan başqa sahil parkının məhəccərləri gəmi sürənlər tərəfindən kəsilərək öz işlərinə uyğun  quraşdırııb.
Məsələ ilə bağlı Yeniavaz.com-a məlumat verən Mingəçevir Bələdiyyəsinin şöbə müdiri Zahid Qasımlı bildirdi ki, sahil parkı bələdiyyənin mülkiyyətində olsa da onlar sahil parkı əhalinin istirahət yeri oduğuna görə sahibkarlarla müqavilə bağlamır. Sahil parkı əhalinin istirahəti üçün nəzərdə tutulub və burada kifayət qədər sakinlərin istirahəti üçün pulsuz idman qurğuları, uşaq əyləncə mərkəzi və digər oyun qurğuları var.
Bu cür reydlər mütamadi olaraq davam etdiriləcək.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top