İran Baydeni Trampın iziylə getməməyə səsləyib


İran ABŞ prezidenti Co Baydeni Donald Trampın iziylə getməyərək, sanksiya tətbiq edilmiş bütün iranlılara qarşı eyni davranmağa çağırıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin sözçüsü Səid Xətibzadə məlumat verib. onun sözlərinə görə, ABŞ-ın bu cür hərəkəti Vyana danışıqlarına ziddir. Xətibzadə həmçinin Baydeni Trampın izi ilə getməməyə və sanksiyaları ləğv etməyə dəvət edib.
Xatırladaq ki, ötən gün ABŞ 3 keçmiş İran rəsmisinə və 2 İran şirkətinə qarşı tətbiq olunmuş sanksiyanı ləğv edib. 
Qeyd edək ki, Vyanada İranın nüvə razılaşması ilə bağlı görüşlər hələ də davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top