Pakistanda vaksinasiya olmayan şəxslərin SİM kartları bloklanacaq


Pakistanın Pəncab əyalətində hökumət COVID-19 peyvəndi vurdurmayan sakinlərin SIM kartlarını bloklamağı planlaşdırır.
Yeniavaz.com
Pakistan mətubatına istinadən xəbər verir ki, qərar Pəncab səhiyyə idarəsinin rəhbəri Dr. Yasmin Rəşidin rəhbərlik etdiyi bir toplantıda verilib. Onun sözlərinə görə, Pəncab hökuməti sakinlərin peyvəndələnməsi üçün vaxt təyin edəcək. Həmin vaxta kimi vaksinasiyadan keçməyən şəxslərin SİM kartları bloklanacaq.
Qeyd edək ki, səhiyyə idarə rəhbərliyi tərəfindən verilən bu qərar, tənqidçilər tərəfindən yanlış addım adlandırılıb. Onların sözlərinə görə, məcburiyyət olmayan addımın məcburi şəkildə həyata keçirilməsi insanları hüququnu pozmaqdır.

DİGƏR XƏBƏRLƏR

Top