Naxçıvanda əmək haqqı 16 manat 40 qəpik artıb – RƏSMİ


Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 536 manat 30 qəpik olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Naxçıvanda orta aylıq nominal əmək haqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16 manat 40 qəpik artıb. Belə ki, ötən ilin yanvar-may aylarında Naxçıvanda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 519 manat 90 qəpik olub.

DİGƏR XƏBƏRLƏR

Top