Kremldən Putinlə Baydenin görüşü barədə açıqlama


Kreml Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Co Bayden arasında 16 iyunda İsveçrədə keçiriləcək görüşdən sonra mətbuat konfransı keçirilməyəcəyini bildirib.
Yeniavaz.com
Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. O bildirib ki, təklif ABŞ-lı həmkarları tərəfdən gəlib, amma mövzu tam dəqiqləşməyib. Peskov prezident Putinin hər cür alternativə hazır olduğunu bildirib.
Sözçü Putinin zirvəyə getmə səbəbi kimi iki ölkə arasındakı zəif münasibətləri göstərib.

DİGƏR XƏBƏRLƏR

Top