Gəncədə yaşayış binasında yanğın olub – 3 nəfər xəsarət alıb


Gəncədə 4 mərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.

Yanğın binanın sonuncu mərtəbəsində baş vermişdi.

Sonuncu mərtəbədə baş verən y​​​​​​anğın qonşu mənzilə də keçmişdi.

Hadisə şəhərin Heydər Əliyev Prospektində yerləşən 4 mərtəbəli binanın sonuncu mərtəbəsində qeydə alınıb.

Sözügedən ünvandakı mənzildə yanğının anidən baş verdiyi bildirilib. 

İlkin məlumata görə, yanğının qazsızma səbəbindən baş verdiyi ehtimal olunur.

Yanğın zamanı 3 nəfər - 1981-ci il təvəllüdlü Cabbarov Mirmehdi Mirağa oğlu, 1962-ci il təvəllüdlü Rzayev Ruzigar Salman oğlu və 1966-cı il təvəllüdlü Rzayeva İradə Oktay qızı yanıq xəsarəti alıb.

Bina sakinləri təxliyə edilib. //APA

DİGƏR XƏBƏRLƏR

Top