Bakıda tanışları gənc qızı döydü


Bakıda döyülmə hadisəsi baş verib.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Pirəliyeva Naibə Kamil qızı tanıdığı şəxslər tərəfindən döyülüb.

O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinədən sonra həkim tərəfindən gənc qıza sol bud, sol bazu və göz ətrafının əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top