Azyaşlı Mingəçevir sakini kanalda boğuldu


2006-cı il təvəllüdlü Mingəçevir sakini Əzizov Elvin Sənan oğlu Mingəçevir ərazisində Yuxarı Qarabağ su kanalına düşüb.
Yeniavaz.com
xəbər verir ki, hadisə ehtiyatsızlıqdan baş verib və E. Əzizovun ayağı sürüşüb. Artıq batan şəxsin axtarış işləri yekunlaşıb.

15 yaşlı yeniyetmənin meyti saat 19:15 radələrində Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə yerində olan sakinlər bildirirlər ki, yeniyetmə kanalın içərisindəki betonun üzərində dayanıb ayaqlarını suya sallayarkən, qəfildən sürüşüb, suya düşüb. Həmin ərazidə yaşayan sakinlər deyir ki, burada belə hadisələr tez-tez baş verir. Valideyinlərdən xahiş edirlər ki, azyaşlı övladarını buraya buraxmasınlar.


Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top