Yeniavaz.com "CNN Türk"ə istinadla xəbər verir ki, Çinin Milli Kosmik İdarəsi bu barədə xəbər yayıb. Verilən məlumata görə, kəşfiyyat robotu "Zhurong" sözügedən planetdən dünyaya 4 foto göndərib. Həmin görüntülərdə Marsın mənzərə və panoram fotoları, "Tianwen-1" kəşfiyyat robotu və orbit modeli əks olunub.
Qeyd edək ki, kosmik gəmi 23 iyul 2020-ci ildə Mars planetinə göndərilib.

