ABŞ prezidenti Co Baydenlə Almaniya kansleri Angela Merkelin görüşəcəyi yer və tarix məlum olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” xəbər yayıb. Merkel-Bayden görüşünün 15 iyulda Ağ Evdə baş tutacağı bildirilib. Hər iki liderin müzakirə edəcəyi əsas mövu “Şimal Axını-2” qaz kəmərinin inşası olacaq.
Ağ Evdə keçiriləcək görüşdə dövlət başçıları həmçinin, COVID-19 pandemiyası və bunun nəticələrinə qarşı mübarizə, iqlim problemləri, iqtisadiyyat və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.