Sedat Pekerin videolarından olduğu yer necə tapılır? – TƏFƏRRÜATLAR


"Youtube" vasitəsilə qalmaqallı açıqlamalar yayan türkiyəli mafiya başçısının qaldığı otel növbəti dəfə aşkar edilib.
Yeniavaz.com
xəbər verir ki, Peker bu barədə öz tviter hesabında məlumat yayıb. O, müvəqqəti yaşadığı yerin aşkar edilərək sosial şəbəkələrdə yayıldığını dilə gətirib. Bu səbəblə nöbəti dəfə məkan dəyişdirdiyini bildirən türkiyəli mafiya başçısı bazar günü yayımlayacağı videonun gecikmə ehtimalının olduğunu deyib. Bəs Pekerin qaldığı otel hansı şəkildə aşkar edilərək sosial şəbəkələrdə yayılır?
Türkiyəli jurnalist Cüneyt Özdemir "youtube" vasitəsilə yayılmadığı verilişində bu mövzuya toxunub. Pekerin qaldığı yerin "TikTok" üçün videolar çəkən media işçisi tərəfindən tapıldığını deyən Cüneyt Özdemir videonun diqqətli şəkildə analizindən sonra nəticə əldə edildiyini deyib. Belə ki, əvvəlcə ya öz dediyinə əsasən ya da başqa bir mənbədən Pekerin getdiyi ölkə və ya şəhər dəqiqləşdirilir. Sonra internet vasitəsilə həmin bölgələrdə yerləşən otellər axtarılır. Keyfiyyətinə görə fərqlənən otellər ayırd edilir. Müxtəlif saytlarda otellərin otaqlarının daxili görüntüləri çıxarılır. Pərdə, tavan, döşəmə, pəncərələrin quruluşu divarın rəngi ümumi dizayn və sair detallar dəqiq şəkildə uyğunlaşdırıldıqdan sonra hansı otelə aid olduğu məlum olur. Sonra Pekerin danışdığı otaqla qarşılaşdırılır. Bunun üçün bəzən xüsusi kompüter proqramlarından istifadə olunur. Beləcə Sedat Pekerin video çəkdiyi otel müəyyən olunur. 
Xatırladaq ki, Sedat Peker Türkiyədən getdikdən sonra ölkədə bəzi rəsmi şəxslər, məmurlar və deputatlar haqqında qalmaqallı məlumatlar yayımlayır.

DİGƏR XƏBƏRLƏR

Top