"Azəriqaz" və "Azərsu" arasında məhkəmə çəkişməsi – Qaz pulunu ödəmir?


"Azəriqaz" İstehsalat Birliyi ilə "Azərsu" Açıq Səhmdar Cəmiyyəti arasında məhkəmə çəkişməsi davam edir.
Yeniavaz.com-un əldə ediyi məlumata görə, məhkəmə işinə Bakı Kommersiya Məhkəməsinin hakimi  Kənan Hüseynov baxır.
Növbəti məhkəmə iclası iyul ayının 5-də keçiriləcək. Daha əvvəl  3 iclas keçirilib.
Qeyd edək ki, məhkəmə iddiası “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qaldırılıb.  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti məhkəmədə cavabdeh qismində iştirak edir.
Məhkəmə çəkişməsinin səbəbi kimi “Azərsu” ASC-nin istifadə etdiyi təbii qazın pulunu ödəməməsi göstərilir.

DİGƏR XƏBƏRLƏR

Top