Bu rayonlar özü-özünü dolandıra bilmir – TAM SİYAHI


Ötən ilin dövlət büdcəsindən yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən 25 rayona 50,3 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
Yeniavaz.com Hesablama Palatasına istinadən bildirir ki, 2 rayon ayrılan vəsaitdən (Ağstafa və Qobustan) istifadə etməyib.
Mərkəzləşdirilmiş xərclərdən istifadə edən 23 rayon ümumilikdə 28,3 milyon manat xərcləyib. Bu rayonlardan 8-də yerli gəlirlər yerli xərclərdən çox olsa da, mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsaitdən istifadə olunub.
Ötən il yalnız 15 rayonda yerli gəlirlər yerli xərcləri qarşılamayıb.
Öz xərclərini qarşılaya bilməyən rayonların adını, gəlirlərini, xərclərini və aldıqları dotasiyanın məbləğini təqdim edirik:
Rayonlar Yerli gəlirləri
(min manat)
Yerli xərcləri
(min manat)
Ayrılan dotasiya (xərclənən)
(min manat)
Ağdam 5 167 7 015 2 450
Cəbrayıl 1 208 2 624 1 710
Gədəbəy 6 564 6 584 515
Kəlbəcər 2 419 3 513 1 430
Laçın 3 141 4 564 1 760
Lerik 3 306 4 548 1 700
Oğuz 2 928 4 211 1 690
Qax 4 293 7 245 3 191
Samux 4 312 4 429 590
Tərtər 5 725 6 537 1 360
Xocalı 471 1 480  1 071
Xocavənd 1 038 1 825 1 444
Yardımlı 2 523 4 071 1 931
Zəngilan 1 603 2 335 920
Zərdab 3 702 4 895 1 964

DİGƏR XƏBƏRLƏR

Top