Myanmada baş verən qarşıdurmalarda ölən mülki şəxslərin sayı 860-a çatdı


Myanmadakı hərbi çevrilişdən bəri həyatını itirən mülki şəxslərin sayı 860-a yüksəlib.
Yeniavaz.com
"AA"ya istinadla xəbər verir ki, bu barədə Myanma Siyasi Məhbuslara Yardım Təşkilatı açıqlama verib. Təşkilat bildirib ki, son 24 saat ərzində daha 2 nəfərin ölümü ilə ümumi ölən mülki şəxslərin sayı 860-a yüksəlib. 4 min 804 nəfər həbs edilib, 1936 nəfər barədə isə həbs qərarı verilib.
Qeyd edək ki, fevralın 1-də Myanmada ordu hakimiyyəti ələ keçirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top