İraqa çox sayda "Katyuşa" raketi atıldı


İraqın paytaxtı Bağdaddan təqribən 85 kilometr şimal-şərqdə yerləşən “Balad” Hərbi Hava Qüvvələrinin bazasına beş "Katyuşa" raketi atılıb.
Yeniavaz.com
"Cumhuriyet"ə istinadla xəbər verir ki, bu barədə İraq höküməti xəbər yayıb. Verilən məlumata görə, üç raket hərbi bazaya yaxın kəndə, iki raket isə ABŞ-ın təyyarə şirkətinin  yaxınlığına düşüb.
Bu hücumdan sonra isə Bağdadda yerləşən ABŞ-ın Viktoriya Hərbi Bazasına da "Katyuşa" raketləri atılıb.
Qeyd edək ki, hadisə nəticəsində ölən və yaralananlar olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top