Qalaktikanın mərkəzində qeyri-adi ulduz yenidən göründü


Astronavtlar qalaktikanın mərkəzində parlaqlığı tədricən azaldıqdan sonra yenidən artan qeyri-adi ulduzun yeni xüsusiyyətini kəşf ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. Alimlər "yanıb-sönən nəhəng" adlandırdıqları yeni ulduzun 25 min işıq ili uzaqlıqda olduğunu bildirib. “VVV-WIT-08” ulduzunun parlaqlığının 30 dəfə azaldığı sonra yenidən parlamağa başladığı qeyd olunub. Bu xüsusiyyətin həmin ulduza xas olduğu vurğulanıb. Ulduz qalaktikanın ən sıx bölgəsində yerləşir. Alimlər əvvəlcə ulduzun yanıb sönməsini qarşısından çox sayda cismin keçməsi ilə əlaqələndirirdilər. Ancaq, yeni araşdırmalar bəhs edilən prosesin ulduzun xüsusiyyəti olduğunu ortaya çıxarıb.

DİGƏR XƏBƏRLƏR

Top