Türkiyə və Rusiyadan gələnlər hansı sənədləri təqdim etməlidirlər? – AÇIQLAMA


Hava yolu ilə Azərbaycana giriş-çıxış edən Türkiyə və Rusiya vətəndaşları COVID-19-a dair hansı sənədi təqdim etməlidirlər?
Yeniavaz.com
xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr idarəsinin rəisi Elnur Kələntərov bu sualları cavablandırıb. O bildirib ki, yaşı 1-dən 18-dək olan şəxslər yalnız uçuşdan əvvəl, 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etməlidirlər: 
“Eyni sənədi yaşı 18-dən yuxarı olanlar da təqdim etməlidirlər. Yaşı 18-dən yuxarı olan şəxslər həm də COVID pasportunu təqdim etməlidirlər. Yəni hər iki vaksinin vurulmasını – tam peyvəndlənməni təsdiq edən sənəd və ya sağalaraq immunitetə sahib olduqlarını təsdiq edən sənəd olmalıdır. Yəni bu sənədlərdən biri yetərlidir”. 

DİGƏR XƏBƏRLƏR

Top