Rusiyanın sabiq vitse-prezidenti: "Aksenti fərqli idi, SSRİ-nin dağılmasından bir müddət əvvəl Yeltsinə yaxınlaşdı və..."


Rusiyanın sabiq vitse-prezidenti Aleksandr Rutskoy SSRİ-nin dağılmasından əvvəl dövlət daxilində yaşanan hadisələrdən danışıb.
Yeniavaz.com
xəbər verir ki, Aleksandr Rutskoy “lenta.ru”ya müsahibəsində naməlum xarici ölkə vətəndaşları ilə Boris Yeltsinin əlaqələrinin olduğunu dilə gətirib. O bildirib ki, 1991-ci ilin iyulunda Rusiya Sovet Federativ Sosialist Respublikasının (RSFSR) prezidenti seçilən Boris Yeltsin bəzən onlarla görüşür, bəzən müxtəlif islahatlar aparmağa cəhd edirdilər:
“SSRİ-nin dağılmasından bir müddət əvvəl idi. Xarici aksentlə danışan naməlum bir şəxs Boris Yeltsinlə görüşdü. Dövlətdəki yüksək vəzifələrə təyinatlarla bağlı məsləhətlər verdi. Təsadüfən həmin söhbətin şahidi oldum. Bu şəxsi başqa yerdə görməmişdim. Sərt görünüşlü, hündür boylu birisi idi. Yeltsinə yaxınlaşdı və mənim barəmdə mənfi fikirlər söyləməyə başladı. O, “Boris Nikolayeviç, Rutskoy öz funksiyasını artıq yerinə yetirdi, seçkilərdə qalib gəldin, onu vitse-prezident vəzifəsindən necə azad edəcəyin barədə düşünməlisən"-dedi”. 
Rotskoy bildirir ki, Yeltsin naməlum şəxsə bu barədə düşünəcəyini dedi. Qısa müddət sonra isə avqust hadisələri baş verdi. 18-21 Avqust 1991-ci il tarixində bəzi məmurlar və yüksək vəzifəli şəxslər çevriliş etdi. 1991-ci ilin dekabrında RSFSR, Ukrayna və Belarus SSRİ rəhbərləri Sovet İttifaqının mövcudluğunu dayandırdıqdan sonra “Beloveja” müqavilələri imzalandı. SSRİ tamamilə dağıldı.

DİGƏR XƏBƏRLƏR

Top