Bayden və Consonun bir-birinə verdiyi hədiyyələr diqqət çəkdi


ABŞ prezidenti Co Bayden İngiltərə baş nazirinə velosiped hədiyyə edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “PA” agentliyi məlumat yayıb. Bildirilib ki, Co Bayden İngiltərə baş naziri Boris Conson ilə görüşdə ona Amerika istehsalı velosiped və dəbilqə hədiyyə edib. Tez-tez velosipedlə gəzməyi xoşlayan Conson isə Baydenə amerikalı qaradərili hüquq müdafiəçisi Frederik Duqlasın şərəfinə Edinburqda çəkilmiş bir tablo verib. Həmin rəsm əsəri rəssam Ross Blair tərəfindən hazırlanıb və fotoqraf Melissa Hayton tərəfindən çəkilib. 
Qeyd edək ki, Co Bayden Vladimir Putinlə görüşmək üçün Avropaya səfərdədir.

DİGƏR XƏBƏRLƏR

Top