Neft-qaz sektorundan büdcəyə nə qədər pul daxil olub? – CƏDVƏL


Pandemiya hər sahəyə olduğu kimi, dövlət büdcəsinin neft sektoru üzrə fiskal dayanıqlılıq göstəricilərinə də mənfi təsirlərini ötürüb.
Yeniavaz.com xəbər verir ki, bu məlumat Hesablama Palatasının 2020-ci il dövlət büdcəsinin icrasına dair rəyində yer alıb.
Palatanın rəyində qeyd olunur ki,  Neft Fondunun transferti üzrə artım, dövlət büdcəsinin digər neft gəlirləri üzrə azalma müşahidə edilib, əvvəlki illə müqayisədə qeyri-neft büdcə kəsiri artıb. 2020-ci ilin dövlət büdcəsində neftin qiyməti ilkin proqnozda 55 dollar, sonra da dürüstləşmiş büdcədə 35 dollar nisbətində götürülüb. Neft sektorundan daxilolmaların 12 milyard 200 milyon manatını Neft Fondundan transfertlər, 1 milyard 802,1 milyon manatını isə Dövlət Vergi Xidmətinin xətti ilə neft sektorundan daxilolmalar təşkil edib.
Neft-qaz sektorundan büdcəyə daxilolmalar son 2 ildə aşağıdak kimi olub:
  2019-cu il 2020-ci il
Neft sektorundan daxilolmalar (CƏMİ) 13 604,6
milyon manat
14 002,1
milyon manat
Dövlət Neft Fondunun transferti 11 364,3
milyon manat
12 200
milyon manat
SOCAR-ın vergi ödənişləri 1 409,3
milyon manat
1 198,4
milyon manat
Hasilatın pay bölgüsü üzrə mənfəət vergisi 831
milyon manat
603,7
milyon manat

DİGƏR XƏBƏRLƏR

Top