Ermənistanda erkən parlament seçkilərində elektron səsvermə başladı


Ermənistanda erkən parlament seçkilərində elektron səsvermə saat 08:00 etibarilə başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. Elektron səsverməyə Ermənistanın diplomatik və ya konsulluq nümayəndəliklərinin işçiləri, xaricdə onlarla birlikdə yaşayan və səs vermək hüququ olan ailə üzvləri, habelə xarici ölkələrdə uzun işgüzar səfərlərdə olan və ya təhsil alan hərbi qulluqçular, onlarla birlikdə Ermənistandan kənarda yaşayan ailə üzvləri daxildir.
Elektron səsvermənin 13 iyun 20:00-da bitəcəyi bildirilib. 

DİGƏR XƏBƏRLƏR

Top