İsrail təbii xəzlə ticarəti qadağan edən ilk ölkə oldu


İsrail dünyada dəb sənayesində xəzin satışını qadağan edən ilk ölkə olub.

"Xəz sənayesi dünyada yüz milyonlarla heyvanın həlak olmasına səbəb olur", - İsrailin ətraf mühitin mühafizəsi naziri Gila Qamliel bildirib.

Nazir bununla bağlı qanunvericiliyə müvafiq düzəlişləri imzalayıb, dəyişikliklər yarım il sonra qüvvəyə minəcək. Onun sözlərinə görə, heyvanların dərisindən və xəzindən dəb naminə istifadə mənəviyyatsızlıq və lüzumsuzdur.

Qila Qamliel bildirib ki, yeni qaydalar İsrail bazarını ətraf mühit və heyvanlar üçün daha təhlükəsiz edəcək.//report

DİGƏR XƏBƏRLƏR

Top