Azərbaycanda bu gün 37 mindən çox şəxs peyvənd olunub


Azərbaycanda bu gün 37 162 nəfər vaksinasiya olunub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 670, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 492 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2 662 38-dir. Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 712 118, ikinci mərhələ üzrə isə 949 920 nəfər təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top