Sabiq nazirin şirkəti nizamnamə kapitalını azaldır


BMW, “Rolls Royce” kimi avtomobil markalarının Azərbaycanda rəsmi idxalçısı olan “İmprotex Motors” MMC (VÖEN 1400064731) nizamnamə kapitalının azaldığını elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “Vergilər” qəzetinin saytında yayımlanıb.
Məlumat üçün bildirək ki, niamnamı kapitalı 6 200 manat olan “İmprotex Motors” MMC 1997-ci ildən fəaliyyət göstərir.
Onu da bildirək ki, bu ilin aprel ayında “İmprotex Motors” MMC  “İmproteks Treydinq” KM-nin (VÖEN 1400091941) ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu və “İmproteks Treydinq” KM-nin qoşulma nəticəsində ləğv olunduğunu da elan edib.
Qeyd edək ki, “İmprotex Motors” MMC və “İmproteks Treydinq” KM-nin sabiq əmək və əhalinin sosial inkişaf naziri Füzuli Ələkbərova məxsus olduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top