Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə bağlı açıqlama yayıb.
Yeniavaz.com Rusiya mətbuatına istinadla xəbər verir ki, Putin Ukraynanın NATO-ya daxil edilməsinin arzuolunmaz olduğunu dilə gətirib:
“Polşa və Rumıniya NATO-ya daxil olduqdan sonra ABŞ-ın bu bölədən atdığı raketin Moskvaya düşmə vaxtı təxminən 15 dəqiqəyə endi. İndi də fərz edək ki, Ukrayna NATO-ya üzv oldu. Onda Xarkovdan, Dneprdən Rusiyanın mərkəzinə atılan raket 7-10 dəqiqə ərzində düşəcək”.
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski ölkənin təcili olaraq NATO-ya daxil edilməsi barədə çağırış etmişdi. Bundan sonra prezident Co Bayden Zelenskini ABŞ-a dəvət etmişdi.