Bayden Putinə xəbərdarlıq etdi


Avropada səfərdə olan ABŞ prezidenti Co Bayden ilk ziyarət etdiyi ölkə İngiltərəyə gəldikdən sonra Rusiyanı hədəf aldı.
Yeniavaz.com
"CNN"ə istinadla xəbər verir ki, 16 iyun tarixində Rusiya prezidenti Vladimir Putinlə Bayden üz-üzə görüşəcək. Görüşdən əvvəl isə Bayden Rusiya prezidentinə müraciət edərək, "Rusiya zərərli məsələlərə qarışarsa, sərt şəkildə cavab verəcəyik" - deyə bildirib.  
Qeyd edək ki, Bayden ABŞ prezidenti seçildikdən sonra ilk xarici səfərini Avropa ölkələrinə edib.

DİGƏR XƏBƏRLƏR

Top