G7 zirvəsi ərəfəsində naməlum zərf İngiltərədə gərginliyə səbəb oldu


Sabah təşkil olunacaq G7 zirvəsindən qabaq İngiltərənin Falmut qəsəbəsində yerləşən “Falmouth” otelində şübhəli zərf tapılıb.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İngiltərə polisi sosial şəbəkə hesabından məlumat yayıb. Məsələ ilə bağlı polis Falmut qəsəbəsində ciddi təhlükəsizlik tədbirləri həyata keçirib. Sözügedən otel və ətrafda yerləşən binalardan təxminən 100-dən çox insan təxliyyə olunub.
Partlayıcı maddələri məhv etmə qrupunun axtarışlarından sonra aşkarlanan zərfdə zərərli maddə olmadığı ortaya çıxıb.

DİGƏR XƏBƏRLƏR

Top