Almaniyadan "Sinovac" və "Sputnik-V" ilə bağlı açıqlama


Almaniya Səhiyyə Nazirliyi Avropa Parlamentinin qərarına əsasən Çinin "Sinovac" və Rusiyanın "Sputnik-V" vaksinlərinin hələlik tanınmadığını bildirib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyada sözügedən vaksinlərin yalnız Avropa Dərman Agentliyinin təsdiqindən sonra tanınacağını vurğulanıb. Ölkədə Avropa Parlamentinin təqdim etdiyi pasportun 10 və ya 14 iyundan etibarən tətbiq olunacağı qeyd edilib. Hazırda pasportlar buklet şəklində olsa da, Almaniya rəqəmsal passport istifadə edən 4-cü Aİ ölkəsi olacaq. Pasportlar “CovPass” və ya “Corona” izləmə tətbiq proqramı ilə təqdim olunub.
Erkən passport almaq istəyənlər bu xidmətdən ödənişli istifadə edəcək. Məbləğ 18 Avro (37, 24 AZN) olacaq.
Qeyd edək ki, AP ötən gün COVID-19 pasportunu təsdiqləyib. Buna əsasən koronavirus peyvəndlərindən “BioNTech-Pfizer”, “AstraZeneca”, “Moderna” və “Johnson & Johnson”nun pasportları AP-yə üzv ölkələrdə iyulun 1-dən etibarən tətbiq olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top