Putin və Bayden 18-ci əsrə aid bu binada görüşəcək – VİDEO


Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Co Baydenin İsveçrədə görüşəcəyi məkan məlum olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsveçrənin Xarici İşlər Nazirliyinin tviter hesabında məlumat verilib:
“Məşhur “Villa La Grange” Bayden və Putini 16 iyunda qəbul edəcək. İsveçrə, Cenevrəni seçdiklərinə görə hər iki ölkəyə təşəkkür edir”.
Qeyd edək ki, “Villa La Grange” 18-ci əsrdə inşa edilmiş iqamətgahdır. 
Hər iki ölkə liderinin səmimi şəkildə müzakirələr aparacağı bildirilib. Putinin iyun ayının 16-də İsveçrəyə uçacağı vurğulanıb.

DİGƏR XƏBƏRLƏR

Top