Kamran Əliyev Dağlar Zeynalovu vəzifəsindən azad etdi – FOTO


Baş prokurorun köməkçisi Dağlar Zeynalov vəzifəsindən azad edilib.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, D.Zeynalov prokurorluqda xidmətdə olmanın son yaş həddi ilə əlaqədar vəzifəsindən azad olunub.

Qurumun Mətbuat xidməti “Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, D.Zeynalov Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi vəzifəsində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top