Erməni jurnalistin akkreditasiyası Bakıdakı oyunlara aid deyil – YENİLƏNİB


Erməni jurnalist Nobel Arustamyan AVRO-2020 oyunları üçün aldığı akkreditasiya Bakıdakı oyunlara aid deyil.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb. Bildirilib ki, Nobel Arustamyanın AVRO-2020 oyunları üçün icazəsi olsa da o Bakıya gələ bilməyəcək.
Qeyd edək ki, bu gün “Sputnik Armenia” Nobel Arustamyanın AVRO-2020 oyunları üçün icazə aldığı və Bakıya gələ biləcəyi barədə xəbər yaymışdı.
Xatırladaq ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov dünən açıqlamasında Nobel Arustamyanın Azərbaycana gəlişinə qadağa qoyması ilə bağlı məsələyə aydınlıq gətirmişdi:
“Bir məqamı da qeyd etməliyəm ki, həmin şəxs ötən illər ərzində dəfələrlə işğal altında olan Azərbaycan torpaqlarına qanunsuz səfər edib və həmin səfərlər zamanı Azərbaycanın müvafiq strukturlarından icazə almayıb. Ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirməklə qanunlarımızı pozub”.

***10:40
Rusiyada fəaliyyət göstərən erməni jurnalist Nobel Arustamyan “AVRO 2020”yə görə Bakıya gələcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. Bildirilib ki, erməni əsilli şərhçi, jurnalist Nobel Arustamyan “AVRO-2020”nin Azərbaycanda keçiriləcək oyunlatı üçün akkreditasiya alıb. "Match TV"nin baş direktoru Tina Kandelaki akkreditasiya məsələsi həll etmək üçün hər şeyi etdiyini deyib. Arustamyan isə açıqlama verərək akkreditasiya məsələsinin həll edilməsini sevinclə qarşıladığını bildirib. Məlumat üçün deyək ki, UEFA akkreditasiyanı bir jurnalistə təşkilatçı ölkələrin hamısının razılığı olduqdan sonra verir. Əgər təşkilatçı olan hansısa ölkə jurnalistə akkreditasiya verməkdən imtina edirsə, o zaman qitə futbol qurumu həmin jurnalisti qeydiyyata almır. 
Xatırladaq ki, “AVRO 2020” keçən yay baş tutmalı idi. Ancaq koronavirus pandemiyası səbəbilə turnir 2021-ə təxirə salındı. Qarşılaşmalar 11 iyun - 11 iyul tarixlərində dünyanın bir neçə ölkəsində keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top