Putin-Bayden görüşü ilə bağlı Ağ Evdən AÇIQLAMA


ABŞ prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putinin İsveçrədə baş tutacaq görüşü ilə bağlı yeni açıqlama verilib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Yen Psaki məlumat verib. Keçirilən mətbuat konfransında Baydenin Putin haqqında təhqiredici sözlərinin görüşə təsir edib-etməyəcəyi barədə sual ünvanlanıb. Psaki isə “Bayden Putini çoxdan tanıyır. Onun davranışları demokratik dəyərlərə uyğun gəlmədiyi zaman narahatlıqlarını və ya suallarını dilə gətirməkdən çəkinməyəcək. Görüş tam səmimi keçəcək” - deyə bildirib. 
Qeyd edək ki, ABŞ və Rusiya prezidentlərinin görüşü iyunun 16-da Cenevrədə keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top