Bu ölkədə fillər də koronaviursa yoluxdu


Hindistanda vəhşi təbiət qoruğunda saxlanılan 28 filin koronavirusa yoluxduğu bildirilib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, qoruqda saxlanılan fillərə tədbir məqsədilə koronavirus testi edildikdən sonra onların da virusa yoluxduğu aşkarlanıb. Qoruğun əməkdaşları virusa yoluxan fillərdən 18-nin erkək, 10-nun isə dişi olduğunu bildirib. Fillərin sağlamlığı nəzarət altında saxlanılır.
Qeyd edək ki, fillər ötən həftə qoruqda 9 şir koronavirusa yoluxduqdan sonra test edilib.
 

DİGƏR XƏBƏRLƏR

Top