Sarkisyan: “Paşinyanın ailəsi barədə elə faktlar açıqlayacağam ki...”


Ermənistanın sabiq prezidenti Serj Sarkisyan müvəqqəti baş nazir Nikol Paşinyanı rəzil edəcəyini bildirib.
Yeniavaz.com
“news.am”a istinadla xəbər verir ki, Sarkisyan ilk dəfədir Paşinyanın ailəsi ilə bağlı skandal faktları araşdırdığını bildirib:
“Məqsədim yalançıları ifşa etməkdir. Bu məsələni daha da böyütmək üçün ömrümdə ilk dəfə Paşinyanın ailəsi ilə elə faktlar açıqlayacağam ki, bu faktları insanlar görəndə ona tüpürəcəklər. Məni yaxşı tanıyanlar şoka düşdülər və Serj Sarkisyanın heç vaxt ailə məsələlərinə girmədiyini dedilər. Bu doğrudur, ancaq bu o demək deyil ki, verdiyim sözü yerinə yetirməyəcəyəm”. 

 

DİGƏR XƏBƏRLƏR

Top