Rusiya 105 min hərbi qulluqçudan sadəcə 11 minini sərhəddən çıxarıb – Zelenski


Ukrayna prezidenti Vladimir Zelenski Kanadanın baş naziri Castin Trudeu ilə telefon danışığı vaxtı Rusiyanın Ukrayna sərhədinə yerləşdirdiyi 105 min hərbi qulluqçusundan sadəcə 11 minini oradan çıxardığını bildirib.
Yeniavaz.com
“Pravda”ya istinadən xəbər verir ki,  bu barədə Ukrayna prezident aparatından məlumat verilib. Zelenski və Trudeu G7 və NATO zirvələrindən əvvəl fikir mübadiləsi aparıblar.
Ukrayna lideri Rusiya Federasiyasının öz qoşunlarının və ağır silahlarının yalnız bir hissəsini münaqişə zonasından və Ukrayna sərhədlərindən çıxardığını qeyd edib.
Zelenski Kanadanın baş nazirindən məsələnin sülh yolu ilə həll edilməsi üçün Rusiyaya beynəlxalq təzyiq göstərilməsini istəyib.
Trudeu da öz növbəsində Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirib.
 

DİGƏR XƏBƏRLƏR

Top