Ukraynada qumbara partladıldı – yaralananlar var



Ukraynanın Xarkov şəhərində RGD-5 əl qumbarasının partladılması nəticəsində yaralananların sayı 5 nəfərə çatıb.
Yeniavaz.com
Rusiya mətbuatına istinadfən xəbər verir ki, hadisə ilə bağlı Xarkov polisi məlumat verib. Polis yaralıların xəstəxanaya yerləşdirildiyini bildirib. Həmçinin polis bir qrup gənclə bir kişi arasında münaqişə yarandığını və həmin vaxt RGD-5 əl qumbarasından istifadə edildiyini vurğulayıb. Partlayış nəticəsində 16 və 17 yaşlı iki yeniyetmə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Qeyd edək ki, qumbaradan istifadə edən şəxs qəsdən adam öldürməyə görə, eləcə də qanunsuz silah, döyüş sursatı və partlayıcı vasitələrdən istifadə maddələri üzrə ittiham olunur.
Qeyd edək ki, Ukrayna qanunvericiliyinə əsasən, bu maddələrlə ittiham olunan şəxs 10 ildən 15 ilə və ya ömürlük həbs cəzası ala bilər.
 

DİGƏR XƏBƏRLƏR

Top