Nazir müavini sosial şəbəkələrdə müzakirə olunan fotodan danışdı – VİDEO


Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov paytaxtda yaşıl ərazilərinin sayının az olması ilə bağlı sosial şəbəkələrdə müzakirə olunan məsələyə reaksiya verib.

Jurnalistlərə açıqlama verən V.Kərimov sosial şəbəkələrdə müzakirə olunan fotodan danışıb.

O qeyd edib ki, həmin fotoda Bakının bir hissəsini çəkiblər:

“Əlbəttə, şəhərin mərkəzi hissələrində, ola bilsin ki, yaşıllıqların miqdarı binaların, tikililərin daha sıx yerləşməsi ilə əlaqədar  nisbətən az olsun. Ancaq şəhərin periferiyalarının kənarında yaşıllıq miqdarının artırılması təqdirəlayiq haldır”.

Nazir müavininin sözlərinə görə, Bakı şəhəri və Abşeron yarımadası yerləşdiyi mövqeyinə görə səhra-yarımsəhra landşaftına daxildir:

“Biz bilirik ki, yaşıllıqların salınması və onlara qulluq məsələsi  xüsusi diqqət tələb edir. XIX əsrin sonu - XX əsrin əvvəllərində olan ədəbiyyat məlumatlarına əsasən deyə bilərəm ki, Abşeron yarımadası, Bakı şəhərinin ərazisində yaşıllıqların miqdarı  ümumi əraziylə nisbətdə heç bir faiz də deyildi. Amma hazırda sanitar zolaqlar, həyətyanı sahələr və digər yaşıllıqlar nəzərə alınmadan Bakı şəhərinin 7 faizdən yuxarı hissəsi yaşıllığın altında olan ərazilərdir.

Ərazimizin cəmi 12 faizə yaxın hissəsi yaşıl örtüklü ərazilərdir. Abşeron yarımadası da yarımsəhra landşaftına sahib olduğuna görə təbii bitki örtüyü burada çox zəifdir. Ancaq ərazinin şimal-şərq hissəsində kolluqlar və ağac-kol növlərindən ibarət təbii ağaclıqlara rast gəlinir.

Yaşıllıqların miqdarının son dövrlərdə artırılması, əlbəttə, danılmaz faktdır. Bununla bağlı ən böyük işlər ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu zamanlar başlandı. Bu dövrdə Bakının ekoloji vəziyyətinin və yaşıllıqların miqdarının artırılmasına xüsusi önəm verildi. 

Ulu öndər bir çox parkların, yaşıllıqların salınmasında şəxsən özü də iştirak edib. Bakı şəhərində salınan parklar, əsasən, 1970-ci illərdən sonra salınan parklardır. Cənab Prezidentimiz də bu məsələni daim diqqətdə saxladı. 2010-cu il “Ekologiya ili” elan olundu.

Bildiyimiz kimi, Qaradağ rayonunun ərazisi çox böyükdür. Orada yaşıllıqların miqdarı 1,3 faizdir. Bura ən kasıb yaşıl örtüyə malik olan rayondur. Onu nəzərə almasaq, Bakı şəhərinin ərazisinin 10 faiz hissəsi yaşıllıqlar altındadır. Bu, elə də pis göstərici deyil”.


(qafqazinfo)

 

DİGƏR XƏBƏRLƏR

Top