Yararsız kolbasa və sosiska məhsulları aşkarlandı


Siyəzən rayonu, Zarat postunda Şükürov Elvin Cavanşir oğlunun idarə etdiyi 99-OU-149 dövlət qeydiyyat nişanlı “Ford Tranzit” markalı avtomobilin yükdaşıma sahəsinə baxış keçirilib.

AQTA-dan Yeniavaz.com-a verilən məlumata görə, yoxlama zamanı “Aymin” və “Flaqman” MMC-yə məxsus, orqanoleptik göstəricilərində uyğunsuzluq əlamətləri müşahidə olunan istehlaka yararsız, daşınması və saxlanması zamanı temperatur rejiminə əməl olunmayan müxtəlif növ kolbasa və sosiska məhsulları aşkar edilib.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, istehlaka yararsız kolbasa və sosiska məhsulları tullantıların zərərsizləşdirilməsi sahəsində məhv edilib.

DİGƏR XƏBƏRLƏR

Top