Paşinyan Laçında saxlanılan erməni əsgərin geri qaytarılmasına münasibət bildirdi


Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyan Laçında saxlanılan Artur Kartanyanın təhvil verilməsi barədə danışıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. O bildirib ki, erməninin geri qaytarılması sərhəddə gərginliyin azalması üçün zəmindir:
“Bilirsiniz, bir əsgərimiz dumanlı havada itərək Azərrbaycan tərəfinə keçmişdi. Bu səhər Ermənistana geri qaytarıldı. Bu prosesi çox müsbət qiymətləndirirəm. Bu kimi hallar sərhəddə gərginliyin azalmasına səbəb olur”.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi dünən verdiyi açıqlamada bildirmişdi ki, 2021-ci il iyunun 8-də Ermənistan-Azərbaycan sərhədinin Laçın rayonu ərazisində saxlanmış Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Artur Kartanyan Azərbaycan ərazisinə təxribat-diversiya məqsədilə daxil olmayıb. Bu səbəblə həmin erməni əsgər geri qaytarılıb.
 

DİGƏR XƏBƏRLƏR

Top