ABŞ şirkətlərinin Qarabağın bərpasında iştirakı müzakirə olundu


İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi Filip Riker ilə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Mikayıl Cabbarov "Tvitter" sosial şəbəkəsində yazıb.
"Bu gün ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi cənab Filip Riker və həmkarları ilə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, ABŞ şirkətlərinin Azərbaycan iqtisadiyyatına investisiya yatırması və işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakı məsələlərini müzakirə etdik", - deyə o bildirib.

DİGƏR XƏBƏRLƏR

Top