Nizamnamə kapitalı 518 min manat olan şirkət bağlanır


"Mingəçevir İzolit" Açıq Səhmdar Cəmiyyəti (ASC) ləğv olunur.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “Vergilər” qəzetinin rəsmi saytında yayımlanıb.
Məlumatda qeyd olunur ki, kreditorlar iki ay ərzində tələblərini Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 67 (yeni 273) ünvanına bildirə bilərlər.
Onu da bildirək ki, “Mingəçevir İzolit” ASC 04.01.2002-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 518 min 380 manat olan ASC-nin qanuni təmsilçisi Məmmədov İsmayıl Məcid oğludur.

DİGƏR XƏBƏRLƏR

Top