Myanmada 800 əsgər qiyamçı ordunu tərk edib


Myanmada baş verən hərbi çevrilişdən bəri ən az 800 əsgər qarşı tərəfə kömək etmək üçün ordunu tərk edib.
Yeniavaz.com
"AA"ya istinadla xəbər verir ki, bu barədə mart ayında ordudan istefa verən zabit Lin Htet Aunq məlumat verib. O bildirib ki, gedənlərin əksəriyyəti qiyamçı orduya qarşı çıxan mülki şəxslər tərəfindən qurulan Xalq Müdafiə Ordusuna qatılıb. Digərləri isə silahlı qruplara qoşulmadan orduya qarşı çıxanlara dəstək olmaq üçün istefa verib.
Qeyd edək ki, Myanmada fevralın 1-dən başlayan hərbi çevrilişlər nəticəsində 857 nəfər dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top